Fransa terror təhlükəsi səviyyəsini yüksəldirbackend

Fransa hakimiyyəti Moskva yaxınlığındakı Crocus City Hall konsert zalında törədilən terror aktından sonra terror təhlükəsinin səviyyəsini yüksəldib. Bu barədə Fransanın baş naziri Qabriel Attal X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində yazıb.

Attalın sözlərinə görə, terror təhlükəsi səviyyəsi ən yüksək səviyyəyə qaldırılıb.

Qeyd olunur ki, Yelisey sarayında Krokusda baş verən terror aktı ilə bağlı toplantı keçirilib.

Mənbə: Haber.com