Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin Münhen Təhlükəsizlik Konfransında səsləndirdiyi anti-Rusiya bəyanatları Avropa ölkələrinin total müharibəyə girməsinə haqq qazandırmaq məqsədi daşıyır. Bu fikirləri Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot X sosial şəbəkəsindəki səhifəsində qeyd edib.
“Ursula özünü orduların lideri kimi görür, buna legitimliyi olmasa da, bizi tam müharibəyə sürükləməyə hazırdır!” – siyasətçi yazıb.
Fevralın 17-də Ursula fon der Leyen AK-nin mart ayında Aİ müdafiə sənayesi strategiyasını təqdim edəcəyini açıqladı.
Mənbə: TASS