Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanunun tənqidinin səbəbini izah edibbackend

Gürcüstana nə “Maydan”, nə də Rusiyaya qarşı “ikinci cəbhə”nin açılması lazım deyil, çünki bu hadisələr müstəqil Gürcüstanın mövcudluğunun sonu ilə nəticələnə bilər. Sputnik Azərbaycan xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib. Gürcüstan”.

“Bəziləri suyu bulandırmaq istəyir, biz istəmirik, bəziləri burada Maydan istəyir, biz istəmirik, bəziləri ikinci cəbhə istəyir, biz istəmirik. Bu fikir ayrılığının əsas səbəbidir. Ona görə də müzakirəyə yer yoxdur, çünki əsas məsələ fikir ayrılığı mövzusudur”, – Kobaxidze bildirib.

Gürcüstanın baş naziri Tbilisiyə xarici agentlərlə bağlı qanun layihəsini geri götürməyi tövsiyə edən Venesiya Komissiyasının qərarını tənqid edib. Kobaxidze qeyd edib ki, Gürcüstan “ukraynalaşmamalıdır”, çünki bu, dövlət üçün fəlakətli nəticələrə gətirib çıxaracaq.

Mənbə: A Haber