Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı bölmələri xarici agentlər haqqında qanuna qarşı mitinqin keçirildiyi parlament binasına bitişik ərazini tamamilə tərk edib. Bu barədə TASS məlumat yayıb.
Nəşr qeyd edir ki, sonuncu xüsusi təyinatlılar parlament binasının xidməti girişinə aparan Çiçinadze küçəsində qalıb. Ən gərgin vəziyyət mitinq zamanı orada müşahidə olunub. Hazırda parlamentin qarşısında yalnız polis dəstələri növbə çəkir.
Bundan əvvəl məlum olub ki, Gürcüstanın “İmedi” telekanalının jurnalisti Lana Poqosova Tbilisidə parlament binası yaxınlığında xarici agentlər haqqında qanuna etiraz edənlərlə polis arasında baş verən davada xəsarət alıb.
Mənbə: TASS