Amerikanın Gürcüstan rəhbərliyinə qarşı sanksiyaları təhqiramizdir və ölkələr arasında tərəfdaşlıq ruhuna uyğun gəlmir. “Report” TASS-a istinadən xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze Berlində Ukraynanın bərpası üzrə konfransın kuluarlarında deyib.
Baş nazir bu sanksiyaları “ciddi” hesab edir.
“Baxmayaraq ki, qeyri-ciddiliklə yanaşı, sanksiyalar ölkəmiz və xalqımız üçün təhqiramizdir. Bu da tərəfdaşlıq ruhuna uyğun gəlmir”, – Kobaxidze jurnalistlərə bildirib.
Mənbə: TASS