İdman Akademiyasına media-tur təşkil olundu – FOTOLARbackend
Yanvarın 18-i Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ASAPES) kütləvi informasiya nümayəndələri üçün media-tur təşkil olunub.
İctimai.az xəbər verir ki, Azərbaycan idman təhsilinin potensialını nümayiş etdirmək, yeni perspektivləri ortaya çıxarmaq üçün təşkil olunan tur zamanı KİV nümayəndələri akademiya ilə yaxından tanış olub.
Multimedia Mərkəzi, Elmi-tədris laboratoriyası, yeni istifadəyə verilmiş III tədris binası və beynəlxalq standartlara cavab verən üzgüçülük hovuzuna baxış keçirilib. Daha sonra qonaqlara akademiyanın ikili diplom və beynəlxalq magistratura proqramları haqqında geniş məlumat verilib. Vurğulanıb ki, akademiyada İngiltərənin Koventri və Rusiya Federasiyasının MGİMO universiteti ilə ikili diplom və tərəfdaşlıq proqramı çərçivəsində “İdman jurnalistikası”, “İdman menecmenti”, “İdman tibbi və reabiltasiya” ixtisasları üzrə magistr proqramları təsis olunub və məzun tələbələr üçün geniş imkanlar təklif edilir.
Turun əsas məqsədi idman təhsili və media sahəsində əməkdaşlıqların artırılması və mövcud imkanların daha geniş auditoriyaya çatdırılmasıdır.
1
1
1
1
1