İlham Əliyev Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə Görüşündə iştirak edirbackend

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilir.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyev tədbirdə iştirak edir.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi, digər dövlət və hökumət başçılarını qarşılayıb.

Sonra birgə foto çəkdirilib.