İrandan Çinə etiraz: Səfir XİN-ə çağırıldıbackend

Çinin Tehrandakı səfiri İranın Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə nazirlikdən məlumat verilib.

Məlumata görə, səfirə İran tərəfinin etiraz məktubu təqdim olunub.

Etiraza İran və Birləşmiş Ərəb Əmirlikləri arasında ərazi mübahisəsinin predmeti olan Fars körfəzindəki üç ada ilə bağlı Pekinin mövqeyi səbəb olub.

Belə ki, Böyük Tunb, Kiçik Tunb və Əbu Musa adalarına sahiblik məsələsi BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın Pekinə səfərindən sonra verilən BƏƏ-Çin birgə bəyanatında qeyd edilib.

Bəyanatda vurğulanıb ki, ÇXR “Böyük Tunb, Kiçik Tunb və Əbu Musa adaları probleminin beynəlxalq hüquq normalarına uyğun olaraq ikitərəfli danışıqlar yolu, sülh yolu ilə həllinə nail olmaq üçün Birləşmiş Ərəb Əmirliklərinin səylərinə dəstəyini ifadə edib”.

Mənbə: TASS