İsrail hərbçiləri 480-a yaxın terrorçunu saxlayıblarbackend

İsrail hərbçiləri və Baş Təhlükəsizlik Xidməti Qəzza zolağında “Əş-Şifa” tibb mərkəzinin ərazisində əməliyyat və reydləri davam etdirirlər.

Ordunun mətbuat xidmətinin məlumatına görə, orada Fələstinin HƏMAS və “İslami Cihad” radikal hərəkatları ilə əlaqəli 480-a yaxın terrorçu saxlanılıb.

Mətbuat xidməti həmçinin qeyd edib ki, İsrail Hərbi Hava Qüvvələri Fələstin anklavının şimal və mərkəzi hissəsində 65 hədəfə, o cümlədən silahlıların istifadə etdiyi tunelə hücum edib.

Mənbə: TASS