İsrail Qəzzadan qoşunlarını qismən çıxararaq ABŞ-ı dinləyirbackend

Amerika administrasiyası İsrail qoşunlarının bir hissəsinin Qəzza zolağından çıxarılmasını alqışlayır və bunu İsrailin daha aşağı intensivlikli əməliyyatlara keçməsi və Vaşinqtonun məsləhətinə qulaq asmasının əlaməti kimi şərh edir. Bu barədə “Politico” qəzeti yazıb.

Üç ABŞ rəsmisi rahatlaşdıqlarını və bunun daha dəqiq zərbələrə doğru keçidin başlanğıcı olduğunu qeyd etdilər. Bununla belə, onlar həmçinin vurğulayıblar ki, administrasiya fələstinli mülki itkilərin sayı artmaqda davam etdiyi üçün bu dəyişikliklərin daha tez başlanmasını görmək istəyir.

Oktyabrın 7-də Qəzza zolağından minlərlə Həmas yaraqlısının İsrail ərazisinə sızmasından sonra Yaxın Şərqdə vəziyyət daha da pisləşib. İki yüzdən çox girov əsir götürüldü.

Mənbə: Politico