İsrailin Livana hücumu nəticəsində 10-dan çox mülki şəxs yaralanıbbackend

İsrail Hərbi Hava Qüvvələri (IAF) Livanın cənubunda bir neçə yaşayış məntəqəsinə hücum edib, nəticədə dinc sakinlər həlak olub. Bu barədə TASS “Al Manar” telekanalına istinadən xəbər verir.

Livan KİV-lərinin məlumatına görə, İsrailin Sarbin kəndindəki hücumu nəticəsində üçmərtəbəli ev dağılıb. 14 nəfər yaralanıb. Onlardan 8-i xəstəxanaya yerləşdirilib.

İsrail Hərbi Hava Qüvvələrinin Livanın cənubundakı şəhərlərinə hücumları zamanı son 24 saat ərzində 5 bina dağıdılıb, 35 binaya ziyan dəyib.

Mənbə: TASS