Rusiyada yeni hökumətin strukturu məlum olubbackend

Rusiya Prezidenti Vladimir Putinin fərmanına əsasən, yeni hökumətdə  nazirliklərin sayı və adları dəyişməz olaraq qalıb.

Ümumilikdə Nazirlər Kabinetinin strukturuna 21 nazirlik daxildir. Onlardan beşi (Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi) birbaşa dövlət başçısına tabedir. Qalanlarının rəhbərləri baş nazirə hesabat verirlər.

Həmçinin prezidentə və ya müvafiq nazirliklərə tabe olan federal xidmətlərin adları da qorunub saxlanılıb. Yeganə dəyişiklik Rusiya Müdafiə Nazirliyinin yurisdiksiyasından birbaşa prezidentə tabe edilən Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin statusudur.

Ümumilikdə, indi federal orqanların strukturuna 17 agentlik və 29 xidmət daxildir.

Bununla yanaşı, yeni hökumətdə baş nazirin on müavini olacaq.

Mənbə: TASS