Ukrayna Silahlı Qüvvələri Donetski raketlə vurdubackend

Ukrayna ordusunun Donetskdə “Paradise” hotelinə raket zərbəsi endirməsi nəticəsində azı beş nəfər həlak olub, daha altı nəfər yaralanıb.

Bununla bağlı sosial şəbəkələrdə kadrlar yayılıb.

Məlumata görə, zərbələr HIMARS Yaylım Atəşli Reaktiv Sistemindən həyata keçirilib.

Hadisə yerində əməliyyat xidmətləri və istintaq qrupu işləyir, dağıntılar təmizlənir.

Ölənlərin sayının arta biləcəyi istisna olunmur.