Krım körpüsündə nəqliyyatın hərəkəti bərpa edilibbackend

Krım körpüsündə nəqliyyatın hərəkəti bərpa edilib. Bu barədə “Krım körpüsü: əməliyyat məlumatı” Telegram kanalı məlumat yayıb.

“Krım körpüsündə avtomobillərin hərəkəti bərpa edilib”, – məlumatda deyilir.

Bundan əvvəl Sevastopol qubernatoru Mixail Razvojayev məlumat vermişdi ki, şəhərdə hava hücumundan müdafiə sistemləri işə salınıb. Təxminən eyni vaxtda körpüdə nəqliyyatın hərəkətinin müvəqqəti dayandırılması ilə bağlı mesaj gəldi.

Mənbə: Lenta.ru