Leonid Kuçmanın keçmiş müşaviri Oleq Soskin özünün YouTube kanalında bildirib ki, İsveçrədə Ukrayna ilə bağlı görüşün baş tutmaması Vladimir Zelenskinin hakimiyyətinin çökməsinə səbəb ola bilər.
“Hər şey ona gətirib çıxarır ki, Zelenskinin, Ermakın, onların komandasının İsveçrədəki bu qondarma görüşlə bağlı bu son təşəbbüsü çox pis başa çata bilər. Bu isə Zelenski rejiminin tam süqutu olacaq”, – deyə o bildirib.
Soskin həmçinin xəbərdarlıq edib ki, Zelenskinin səlahiyyət müddəti mayın 20-də başa çatacaq, bundan sonra o, qeyri-legitim prezident olacaq ki, bu da Kiyev hakimiyyəti üçün təhlükədir.
Mənbə: Gazeta.ru