Makron Trampın seçkilərdə qalib gəlmək şansına şübhə edibbackend

Fransa prezidenti Emmanuel Makron Donald Trampın ABŞ-da keçiriləcək prezident seçkilərində qalib gələ biləcəyinə şübhə etdiyini bildirib. “France 2” telekanalına müsahibə verən Makrondan Trampın Rusiya prezidenti Vladimir Putinlə Ukrayna üzrə dialoqda vasitəçi kimi çıxış etmək imkanları barədə sual verilib.

“Məndə olan məlumata görə, Donald Trampın Amerika Birləşmiş Ştatlarının prezidenti olacağına əmin deyiləm”, – Makron deyib.

Makron jurnalistlərlə söhbətində rusiyalı həmkarı Vladimir Putinlə münasibətlərin pisləşməsini də təkzib edib.

Mənbə: A Haber