Meksika prezidenti siyasətçiləri rus ədəbiyyatını oxumağa çağırıbbackend

Siyasətçilər rus klassik ədəbiyyatının əsərlərini oxumalıdırlar.

Bu barədə Meksika prezidenti Andres Manuel Lopez Obrador Canal Red-ə müsahibəsində bildirib.

O hesab edir ki, Rusiyada ən yaxşı şey onun yazıçıları və ədəbiyyatıdır. Dövlət başçısının sözlərinə görə, siyasətlə və ya sosial məsələlərlə bağlı hər hansı digər fəaliyyətlə məşğul olmaq üçün Lev Tolstoy, Fyodor Dostoyevski, Nikolay Qoqol kimi böyük yazıçıların əsərləri lazımdır. Məsələn, o, Dostoyevskinin “Cinayət və Cəza” romanını misal çəkdi.

Obrador rus klassiklərinin əsərlərinin gözəl olduğunu da qeyd edib.

Mənbə: Gazeta.ru