“Məktəbdən Biznesə” layihəsinin iştirakçıları bir neçə müəssisədə olublar – Fotolarbackend

11-14 may 2024-cü il tarixlərində Elm və Təhsil Nazirliyi, Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII qrant Müsabiqəsinin qalibi olmuş “Məktəbdən Biznesə” layihəsinin rəhbəri, Gəncə şəhər M. A. Abbaszadə adına 20 nömrəli tam orta məktəbin direktoru Mehriban Mahmudova, layihənin eksperti Xəyal Nəsibov və layihə iştirakçılarından bir qrup 8 -ci sinif şagirdi otelçilik və otel işinin təşkili və restoran biznesini öyrənmək üçün “Premium oteldə, “Bijuteriya” mağazasının, dizayn, kitab çapı və reklam işlərinin təşkili biznesini öyrənmək məqsədi ilə “Star çap evi” ndə, Aqrar sahə və heyvandarlıq işinin təşkili biznesini öyrənmək məqsədi ilə Azərbaycan Dövlət Aqrar Universitetinin Heyvandarlıq və istixana təsərrüfatında, Balıqçılıq və balıq istehsalı biznesini öyrənmək üçün Balıqçılıq təsərrüfatında oldular və biznes işləri ilə bağlı ətraflı məlumatlar aldılar.

Qeyd olunan biznes işləri ilə bağlı ətraflı məlumat verdiyinə görə bütün müəsissələrin rəhbərliyinə və bələdçilərə təşəkkür edirik.