Meryem Üzerli ilə birgecəlik şam yeməyinin qiyməti açıqlandıbackend

Türkiyənin məşhur aktrisası Meryem Üzerli uzun müddət ekranlarda görünməsə də populyarlığını hələ də itirməyib.

Belə ki, “Muhteşem Yüzyıl” serialında Hürrem sultan rolu ilə bir çox ölkələrdə özünə pərəstişkar qazanmış aktrisa Səudiyyə Ərəbistanında külli miqdarda pul müqabilində ər-riyadlı bir ailənin şam yeməyinə qatılıb.

İddialara görə, ulduz bu şam yeməyindən düz 4 milyon Türkiyə lirəsi (təxminən 212 min manat) qazanıb.

Qeyd edək ki, “Muhteşem Yüzyıl” hazırda dünyanın 55 ölkəsində nümayiş etdirilir.

Mənbə: Akşam.com.tr