Məsim Rəfilinin “Üfüqdə itən xoşbəxtlik” kitabı işıq üzü görübbackend

Gənc yazar, ictimai fəal gənc Məsim Rəfilinin “Üfüqdə itən xoşbəxtlik” kitabı işıq üzü görüb. 

İctimai.az xəbər verir ki, kitabda şair özünün və müxtəlif insanların yaşanmışlıqlarından təsirlənərək yazdığı şeirlər toplanmışdır. “Üfüqdə itən xoşbəxtlik” kitabı üç əsas mövzunu əhatə edir. Kitab şəhidlər, ümumi və sevgi mövzularında yazılmış şeirlərdən ibarətdir.

“Mücrü” nəşriyyat evində çap olunmuş bu kitab yazarın ikinci kitabıdır. İlk kitabı “Günəşin başqa adı” 2020-ci ildə işıq üzü görüb.

Qeyd edək ki, Məsim Rəfili Azərbaycan Dillər Universitetində təhsil alıb.  Universitet daxilində ilk kurslardan ictimai fəaliyyətlə məşğul olmağa başlamışdır. 2018-ci ildə Tələbə Gənclər Təşkilatı nəzdində “Tanıdım səni” layihəsini yaratmışdır və yarandığı ilin ən uğurlu layihəsi seçilmişdir. Daha sonra Tələbə Gənclər Təşkilatında müxtəlif vəzifələrdə çalışmış, ən sonda təşkilatın sədri vəzifəsini icra etmişdir. 2019-cu ildə “ilin ən aktiv tələbəsi” adına layiq görülüb.
Bunlarla yanaşı “Rafilio Shop” sosial platformanın yaradıcısıdır.

Kitabı əldə etmək üçün 0507359598 (wp) nömrəsinə müraciət edə bilərsiniz.