Mickey Mouse ictimai sahəyə girəcəkbackend

Disney personajı Mickey Mouse 1 yanvar 2024-cü ildə ictimai sahəyə daxil olacaq.

Bu barədə “The Times” qəzeti yazır.

Nəşrin məlumatına görə, dünyanın hər yerindən rejissorlar, ssenaristlər və rəssamlar Mikki Maus obrazından pulsuz istifadə edə biləcəklər. Ancaq bu, yalnız 1928-ci ildə Steamboat Willie qısametrajlı filmində ağ və qara rəngdə təqdim olunan personajın ilk versiyasına aiddir.

Disneyin təzyiqi ilə bir neçə dəfə dəyişdirilən və hətta “Mikki Siçanın Mühafizəsi Aktı” ləqəbi ilə tanınan ABŞ-ın müəllif hüquqları qanununa əsasən, personajın monopoliyası 95 il saxlanıla bilər. Lakin bu müddət tezliklə başa çatacaq.

Mənbə:  haberler.com