“MİNİONS” KOMANDASI RED BULL FOUR 2 SCORE ÖLKƏ FİNALININ QALİBİ OLDUbackend

Red “Bull Four 2 Score Azerbaijan”ın final oyununda “Şirinlər” komandası ilə qarşılaşan “Minions” komandası Ölkə Finalının qalibi elan olundular. 

Rəsmi tərəfdaşların Dənizkənarı Bulvar İdarəsiAFFA olduğu “Red Bull Four 2 Score Azerbaijan” mini-futbol turnirinin qalibləri bəlli oldu. 21.04.2024-cü il tarixində Dənizkənarı Bulvar ərazisində keçirilən “Red Bull Four 2 Score Azerbaijan”ın Ölkə Finalında 16 komanda iştirak edib.  13,14, 20 aprel tarixlərində keçirilən Seçim Mərhələlərindən keçən 16 komanda Ölkə Finalında “Red Bull Four 2 Score” Dünya Finalında iştirak uğrunda mübarizə aparıb.

Bütün oyunları qələbə ilə başa vuran “Minions” komandası sentyabr ayında Almaniyanın Leypsiq şəhərində keçiriləcək “Red Bull Four 2 Score” Dünya Finalında iştirak haqqı qazanıb.

 

Dənizkənarı Bulvar ərazində keçirilən “Red Bull Four 2 Score Azerbaijan” turnirində Futbol üzrə Azərbaycan Milli Komandasının üzvləri, bloger, influenser və tanınmış şəxslər iştirak edib. Tədbirdə aparıcı və ev sahibi rolunda tanınmış aparıcılar Sənan Şəfizadə və Seyran Babayev çıxış edib.

Qeyd edək ki, qalib “Minions” komandası sentyabr ayında ölkəmizi Almaniyanın Leypsiq şəhərində keçiriləcək “Red Bull Four 2 Score” Dünya Finalında təmsil edəcək.

Red Bull Four 2 Score barədə bilməyi olduğunuz hər şey:  

Red Bull Four 2 Score dünyanın müxtəlif nöqtələrindən olan həvəskar komandalara öz ölkəsini təmsil etmək şansı verən dinamik mini-futbol oyunudur. 2024-cü ilin sentyabr ayında keçiriləcək Dünya Finalından öncə ölkə çempionları müəyyən edilir.

          Artıq ikinci dəfədir ki keçirilən Red Bull Four 2 Score-un Dünya Finalında 25 ölkədən olan həvəskar futbol komandası mübarizə aparacaq. Braziliya, ABŞ, BƏƏ, Misir və müxtəlif qitələrdən olan digər komandaların iştirak etdiyi Red Bull Four 2 Score qlobal futbol mədəniyyətini nümayiş edir;

          16-35 yaş arası həvəskar oyunçuların iştirak etdiyi bu turnirdə iştirakçılar kiçik meydançada hücum futbolu bacarıqlarını göstərirlər. Mükafat sentyabr ayında RB Leypsiq futbol klubunun stadionunda keçiriləcək Dünya Finalında öz ölkəsini təmsil etməkdir;

          Yarışma Red Bull-un “güc futbolu” fəlsəfəsini unikal matç və yarış format ilə oyunçulara təqdim edir. 4 nəfərlik komandaların mübarizə apardığı bu oyunda qapıçı və fasilə yoxdur, oyun 10 dəqiqə davam edir, ilk və sonuncu dəqiqədə vurulan qol 2 sayılır;

          Red Bull Zalsburq FK, Red Bull Bragantino, New York Red Bull, RB Leypsiq FK kimi Red Bull-un bir neçə ən nüfuzlu klubu Dünya Finalına çıxan müxtəlif ölkələrin iştirakçılarına dəstək olmaq üçün bu yarışmaya cəlb olunub.