Özbəkistan prezidenti Çinə səfər edəcəkbackend

Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hua Çunyinq bəyan edib ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev yanvarın 23-dən 25-dək Çinə səfər edəcək. Bu barədə məlumatı TASS Çin Xarici İşlər Nazirliyinin saytına istinadən yayıb.

“Özbəkistan prezidenti Şavkat Mirziyoyev Çin sədri Si Cinpinin dəvəti ilə yanvarın 23-25-də Çinə səfər edəcək”, – Hua Çunyinq bildirib.

Lakin o, qarşıdakı səfərin təfərrüatlarını açıqlamayıb.

Mənbə: TASS