Parisdə Milli Birlik Partiyasının Avropa İttifaqına seçkilərdə qalib gəlməsinə etiraz aksiyası keçirilirbackend

Parisdə yüzlərlə insan Fransada Avropa Parlamentinə (AP) keçirilən seçkilərdə sağçı Milli Mitinq partiyasının qələbə çalmasına etiraz olaraq küçələrə axışıb. Bu barədə RİA Novosti AFP agentliyinə istinadən məlumat yayıb.

“Bir neçə yüz insan Parisdəki Respublika Meydanına toplaşaraq, Milli Mitinqin Avropa seçkilərindəki inamlı qələbəsinə etiraz edib”, – hesabatda deyilir.

Qeyd edildiyi kimi, aksiyalarda ekoloqların, UNEF-in tələbə birliyinin, Fransa Sosialist Partiyasının, Əzilməmiş Fransa partiyasının, eləcə də Fələstinin bayraqlarını görmək olar.

Mənbə: RİA Novosti