Polşa prezidenti Anjey Duda yeni il müraciətində Ukraynanın adını çəkməyib. Bu barədə RİA Novosti məlumat yayıb.
Agentliyin məlumatına görə, Polşa lideri dövlət mediası ilə insidentlə əlaqədar Nazirlər Kabinetinin işini tənqid edib.
Duda “şərq sərhədindən kənarda da müharibə olduğunu” deyib və milli ordunun gücləndirilməsinin vacibliyini xatırladıb. Bununla belə, o, hökumətin dövlət mediasına nəzarəti ələ keçirməyə çalışmasından narazı olduğunu da əlavə edib.
Mənbə: RİA Novosti