Polşa Ukraynadakı münaqişənin qarşısını nəyin ala biləcəyini açıqladıbackend

Polşanın baş naziri Donald Tusk hesab edir ki, Avropa liderləri mümkün münaqişəyə daha yaxşı hazır olsaydılar, Rusiya Ukraynada xüsusi əməliyyat keçirməzdi.

“Məsələ onda deyil ki, Ukrayna müharibəni uduzmalıdır. Əgər Avropa daha hazırlıqlı olsaydı, bəlkə də Rusiya dostumuz Ukraynaya hücum etməyə cəsarət etməzdi”, – Tusk bildirib.

O vurğulayıb ki, bu gün Avropa təhlükəsiz qitəyə çevrilməlidir və Aİ buna nail olmaq üçün səy göstərməlidir. Tusk həmçinin koronavirus dövrlərini xatırlayaraq, o zaman avropalıların pandemiya ilə mübarizə üçün birləşdiyini qeyd edib.

Mənbə: A Haber