Porschenin ucuz satış qiyməti görənləri şoka saldıbackend

Çində real ola bilməyəcək qədər ucuz qiymətə satışa çıxarılan lüks idman avtomobili alıcıların diqqətini çəkib.

İctimai.az xəbətr verir ki, Yinçuan şəhərindəki Porsche dileri avtomobili cəmi 124.000 yuana və ya təxminən 18.300 dollara satışa çıxarıb. Amma Porsche-nin Panamera modelinin başlanğıc qiyməti əslində 148.000 dollardır. Alman avtomobil istehsalçısının sözçüsü BBC-yə bildirib ki, qeyd olunan satış qiymətində ciddi səhvə yol verilib və dərhal dəyişdirilib: “Satış prosesinə görə anbarda yalnız bir avtomobil olduğundan, Yinchuan Porsche dileri onlayn rezervasiya haqqını ödəmiş ilk müştəri ilə əlaqə saxladı və müvafiq nəticəyə nail olmaq üçün danışıqlar apardı.” Diler də təklif edən hər kəslə görüşüb, vəziyyəti izah edib, üzr istəyib.

Bəziləri şirkətin “məsuliyyətsiz davrandığını”, bəziləri isə bunun yaxşı satış strategiyası olduğunu yazıb.

Porsche 20 ildən çoxdur ki, Çində avtomobil satışı ilə məşğuldur. Çin keçən ilin ilk altı ayında 6,2 milyard dollarlıq satışla Porsche-nin qlobal miqyasda ən böyük bazarına çevrilib.

Mənbə: TRT Haber

İctimai.az