Prezidentin köməkçiləri tanınmış videoblogerlə görüşdübackend

Satirik videoların müəllifi Ərtoğrul Kamalov Azərbaycan Respublikası Prezidentinin köməkçiləri – Şahmar Mövsümov və Hikmət Hacıyevlə görüşüb.

Bu barədə videobloger sosial media hesabında  bildirib:

“Çox dəyərli Şahmar müəllim və Hikmət müəllimlə görüşümüz baş tutdu. Mənim üçün qürurverici anlar idi. Səmimiyyətləri isə tamam başqa idi. Var olun ölkəmizin dəyərli oğulları! Allah Sizi qorusun. Nə yaxşı ki, Sizi şəxsən tanıdım, nə yaxşı ki, varsınız. Şahmar müəllim də, Hikmət müəllim də videolarımı çox bəyəndiklərini və davam etməyimi istədilər”.

Qeyd edək ki, H.Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bir neçə gün öncə keçirilən brifinqində çıxışı zamanı Ərtoğrul Kamalovun hazırladığı videomaterialları bəyəndiyini bildirərək onu Prezident Administrasiyasına dəvət etmişdi.

İctimai.az