Qazaxıstan Qərbin təsirinə baxmayaraq, ənənəvi dəyərləri gücləndirməyi hədəfləyir.
TASS xəbər verir ki, bunu ölkə prezidenti Kasım-Jomart Tokayev milli qurultayda çıxışı zamanı deyib.
“Biz Qərbin və digər cərəyanların təsiri altında mədəniyyətimizə yad olan dəyərləri təbliğ edənlərin ardınca gedə bilmərik və getməyəcəyik” deyən Tokayev belə dəyərlərin dünyanın dualistik əsaslarına zidd olduğunu vurğulayıb. .
O, Qərbin əks təbliğatını dağıdıcı adlandıraraq ənənəvi ailə dəyərlərinin qorunub saxlanılmasının zəruriliyini qeyd edib.