Qazaxıstanda Putini təhqir edən fəal saxlanılıbbackend

Qazaxıstanda məhkəmə Rusiya prezidenti Vladimir Putini təhqir etdiyi üçün Language Patrol fəalı Dias Kuzairovu 15 sutka həbs edib.

Bu barədə Orda.kz yazır.

Kuzairov canlı efirdə nalayiq açıqlama verib. O, özü də təqsirini boynuna almayaraq, təhqiramiz ifadə yox, onunla uzlaşan qazax sözü işlətdiyini vurğulayıb.

Bundan əvvəl Rusiya Baydenin Putini təhqir etməsindən sonra etiraz etmişdi.

“Biz Amerika rəhbərliyi tərəfindən Rusiya prezidentinə qarşı təhqirlərin yolverilməzliyi ilə bağlı sərt etiraz notası göndərmişik”, deyə diplomat vurğulayıb.

Mənbə: Lenta.ru