Qırğızıstan parlamenti “Sakitlik haqqında” qanunu qəbul edibbackend

Qırğızıstanda Joqorku Keneş “Sakitlik haqqında” qanunu qəbul edib. İctimai asayişin təmin edilməsi və istirahət saatlarında səs-küyün qarşısının alınması məqsədilə hazırlanan qanun layihəsi parlamentdə səs çoxluğu ilə qəbul edilib.

Prezident Sadır Caparovun imzalamasından sonra qüvvəyə minməsi gözlənilən qanunda müəyyən olunmuş saatlarda səs-küy salanların cərimələnəcəyi qeyd olunub.

Qanuna əsasən, iş günləri saat 22-dən səhər 7-dək, istirahət və bayram günlərində isə axşam saat 22-dən səhər 9-dək səs-küy qadağan olunacaq. Çoxmərtəbəli yaşayış binalarında saat 13-14 arası səs-küyə yol verilməyəcək.

Səs təzyiqi və səs-küy səviyyələri ilə bağlı standartlar Nazirlər Şurası tərəfindən müəyyən ediləcək və qanunu pozanlar polis tərəfindən cərimələnəcək. Məscidlərdə oxunan azanla yanaşı, kütləvi idman yarışları və mədəni-kütləvi tədbirlər qanuna daxil edilməyəcək.