TASS xəbər verir ki, Rusiya Prezidenti Administrasiyası məmurlar üçün xidməti avtomobil kimi istifadə etmək üçün 105 “Lada Vesta” markalı avtomobil alıb.
Bu avtonəqliyyat vasitələri 2023-cü ilin dekabr ayının sonunda müsabiqə əsasında rəhbərliyin tabeliyində olan nəqliyyat müəssisələri tərəfindən alınıb. Onların alınması üçün məqsədli subsidiya ayrılıb.
“İlk növbədə istismar müddətini başa vurmuş avtomobillər dəyişdirilməlidir ki, onların sonrakı istismarı əlavə maliyyə xərcləri tələb edir”, – deyə idarədən bildirilib.
Mənbə: TASS