Rusiya və İndoneziya xarici işlər nazirləri Aİİ ilə azad ticarət imkanlarını müzakirə ediblərbackend

İndoneziya ilə Avrasiya İqtisadi İttifaqı arasında azad ticarət zonası üzrə danışıqların sürətləndirilməsi BMT Təhlükəsizlik Şurasının Nyu-Yorkda keçirilən iclasında dialoq mövzusuna çevrilib. Bu barədə RİA Novosti məlumat yayıb.

Müvafiq danışıqları Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İndoneziyanın xarici işlər naziri Retno Marsudi aparıb.

Brifinqdə Marsudi bildirib ki, İndoneziya İndoneziya ilə Avrasiya İqtisadi İttifaqı arasında azad ticarət zonası üzrə danışıqları sürətləndirməyə sadiqdir.

Mənbə: RİA Novosti