Rusiyada eyni anda iki neft emalı zavoduna PUA hücumu oldubackend

Rusiyanın Samara vilayətində iki zavoda pilotsuz uçuş aparatları ilə (PUA) hücum olub.

Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Birinci PUA Sızrandakı neft emalı zavodunun ərazisinə düşüb. Orada yanğın başlayıb. Hazırda yanğının sahəsi 500 kvadratmetrdir. Fövqəladə Hallar Xidməti hadisə yerindədir.

Eyni vaxtda daha bir neçə pilotsuz təyyarə Novokuybışevsk neft emalı zavoduna hücum edib. Orada da yanğın başlayıb. Həmin yanğını artıq söndürmək mümkün olub.