“Prezident İlham Əliyevin Misir Ərəb Respublikasının Prezidentinin dəvəti ilə iyunun 8-də Qahirəyə səfəri iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olmasını göstərir və bu əlaqələrin daha da inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Prezidentlərin mətbuata birgə bəyanatından aydın görünür ki, Azərbaycan və Misir dost ölkələrdir və iki ölkə arasında sıx münasibətlər, əməkdaşlıqlar mövcüddur. Cənab Prezident öz çıxışında xüsusilə vurğuladı ki, bütün beynəlxalq məsələlərdə bizim fikrimiz üst-üstə düşür”.
İctimai.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin Üzvü Şahin İsmayılov Prezident İlham Əliyevin iyunun 8-də Misir Ərəb Respublikasına səfəri ilə bağlı danışarkən deyib.
Şahin İsmayılov qeyd edib ki, Tarixi köklərə malik olan Azərbabaycan – Misir əməkdaşlığı müstəqilliyimizin bərpasından sonra keyfiyyətcə yeni səviyyəyə yüksəlib: 1991-ci ildən diplomatik əlaqələrin qurulması, ərazi bötüvlüyümüzün dəstəklənməsi və ədalətli mövqeyimizin müdafiə edilməsi, ölkəmiz ilə Ərəb Dövlətləri Liqası arasında əlaqələrin inkişafının dəstəklənməsi, iki ölkə arasında müxtəlif sahələri əhadə edən uğurlu əməkdaşlıqların reallaşdırılması buna nümunədir.
Azərbaycan Prezidentin Qahirəyə səfəri çərçivəsində gənclər və idman, elektrik və bərpaolunan enerji, neft sənayesi və digər sahələri əhətə edən sənədlərin imzalanmasına toxunan deputat qeyd edib ki, Azərbaycan və Misir arasında köklü əlaqələr imzalanmış sənədlərin uğurla icra edilməsini heç bir şübhə yaratmır. Yeni nəqliyyat dəhlizləri ilə əlaqədar aparılmış fikir mübadiləsi də öz müsbət nəticələrini göstərəcək.
Deputat sonda əlavə edib ki, görüşdə Fələstin-İsrail münasibətləri, müstəqil Fələstin Dövlətinin yaradılması ilə bağlı Azərbaycanın mövqeyi, Cənubi Qafqazdakı proseslər də müzakirə edilmişdir: Bu müzakirələr də göstərir ki, Azərbaycan humanist dəyərlərə sadiqdir və ədalətli mövqe sərgiləməkdədir. Atılan addımlar açıq şəkildə göstərir ki, Azərbaycan qlobal fəaliyyətini dünyada ədalətin bərqərar olunması baxımından effektiv şəkildə həyata keçirir. Azərbaycanın Qoşulmama Hərəkatına sədriliyi dönəmində Fələstinin müstəqilliyi ilə bağlı məsələdə sərgilədiyi mövqe də buna bir nümunədir.