Şahzadə Uilyamın Harrini niyə qısqandığı məlum olubbackend

Şahzadə Uilyam Harrinin uğuruna paxıllıq edirdi. Bu barədə Page Six xəbər verir.

Britaniyalı jurnalist Robert Cobson “Şahzadə Harrinin Missiyası: Həyat, Ailə və İnvictus Oyunları” sənədli filmində Şahzadə Uilyamın qardaşının uğurundan məmnun olmadığını bildirib. Ekspertin sözlərinə görə, Kral III Çarlzın böyük oğlu Şahzadə Harrinin hersoqun təşəbbüsü ilə 2014-cü ildən müxtəlif ölkələrdə keçirilən çoxsahəli yarışı – “Invictus Games”i təşkil edə bilməsinə qısqanclıqla yanaşıb.

“Düşünürəm ki, nə qədər yaxşı getdiyinə dair bir qısqanclıq var idi. Düşünürəm ki, Uilyam uğura, ona qoyulan pula və orada nə qədər insanın iştirakına təəccübləndi”, – deyə Cobson bildirib.

Mənbə: Page Six