“Samsung Galaxy S21” seriyalı smartfon istifadəçiləri sosial şəbəkələrdə proqram təminatının yenilənməsindən sonra ekranda yaşıl çubuqların görünməsindən şikayətlənirlər.
Bu barədə “Android Authority” portalı məlumat yayıb.
Galaxy S21 Ultra və S21 FE istifadəçiləri əsasən nazik şaquli yaşıl zolaqların görünməsindən şikayətlənirlər. Mütəxəssislərin fikrincə, problem fiziki xarakter daşıyır, çünki onu sadəcə smartfonu yenidən yükləməklə həll etmək mümkün deyil. Bir çoxları üçün zolaqlar yeniləmədən sonra və ya oyunlarda cihazları aktiv istifadə edərkən görünür.
Çox güman ki, problem ekranı anakartla birləşdirən nasaz kabellə bağlıdır. Ola bilsin ki, oyun və ya yeniləmə zamanı smartfon qızır, bu da eyni xətlərin görünüşünü təhrik edir.
Mənbə: Haberler.com