Selena Qomez mini paltarda ictimaiyyət qarşısına çıxıbbackend

Müğənni və aktrisa Selena Qomez omba vurğusu olan mini libası ilə ictimaiyyət qarşısına çıxıb.

Fotolar Daily Mail saytında dərc olunub.

Selena Qomez fevralın 9-da 40-cı Santa Barbara Beynəlxalq Film Festivalında görüntülənib. Müğənni qırmızı xalçadan omba nahiyəsində vurğu gülü olan ağ mini libasda keçib. Aktrisa geyiminə üzüklər və uyğun daban ayaqqabılar əlavə edib. Vizajist məşhura qara göz layneri və çılpaq dodaqlarla makiyaj edib, stilist isə saçlarını boş qıvrımlara çevirib.

Yanvarın sonlarında meksikalı Selena Qomez İnstaqramda video yerləşdirərək, qanunsuz immiqrasiyaya görə deportasiya olunacaq “öz xalqına” yazığı gəldiyini bildirib. Müğənni göz yaşları içində pərəstişkarlarının qarşısına çıxıb. Tənqidlərdən sonra Qomez videonu silərək, “Məncə, artıq empatiya göstərmək düzgün deyil” sözlərini yazıb.