Şiə qrupları ABŞ-ın İraq və Suriyadakı üç hərbi bazasına hücum etdiyini açıqlayıbbackend

İraqda İslami Müqavimət Hərəkatının bir hissəsi olan İraq şiə silahlı qrupları İraq və Suriyada ABŞ-ın üç hərbi bazasına iri raket və pilotsuz təyyarələrlə hücum etdiyini bildirib. Bu barədə RİA Novosti öz Telegram kanalına istinadən məlumat yayıb.

Bəyanatda göstərilir ki, Qəzzada “sionistlərin törətdiyi soyqırıma” cavab olaraq, İraqdakı İslami Müqavimət döyüşçüləri raketlər və pilotsuz uçuş aparatlarından istifadə edərək, İraq və Suriyadakı üç hərbi bazaya hücum ediblər. Ərbil beynəlxalq hava limanındakı baza, Suriyanın şimal-şərqindəki Xarab əl-Cəil bazası və Suriyanın Deyr əz-Zor əyalətindəki Koniko yatağındakı baza hücuma məruz qalıb.

Şiə qrupları ABŞ-ın bölgədəki hərbi obyektlərinə hücumlarını davam etdirəcəklərini vurğulayıblar.

Mənbə: RİA Novosti