Şimali Koreyadan cənuba növbəti zibil şarları göndərildibackend

Koreya Xalq Demokratik Respublikası (Şimali Koreya) yenidən Koreya Respublikasının (Cənubi Koreya) ərazisinə içərisində məişət tullantıları olan hava şarları göndərib.

Bu barədə Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayılıb.

Qeyd edək ki, KXDR mayın 28-dən iyunun 2-dək təxminən 3500 hava şarından istifadə edərək Cənubi Koreyaya 15 ton zibil atıb. Buna cavab olaraq Cənubi Koreyadan olan fəallar KXDR-ə içərisində Koreya serialları və K-pop musiqisi yazılmış fləş diskləri olan şarlar göndəriblər.