Sirkdən qaçan lamalar Vyanada qatarların hərəkətini iflic edibbackend

Vyanada sirkdən qaçan lamalar dəmiryol relslərinə gələrək qatarların hərəkətinə mane olublar.

Bu barədə ÖBB dəmir yolu şirkəti sosial şəbəkələrdə məlumat yayıb.

Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, lamalara görə yerli vaxtla saat 10:55-dən 11:15-dək Vyana Mərkəzi Stansiyası ilə Vyana-Meidlinq stansiyası arasında şəhər qatarlarının hərəkətində nasazlıq yaranıb.

Dəmiryol şirkətinin əməkdaşları, polis və sirk birləşərək heyvanları tutub yoldan çıxarıblar. Hadisə zamanı heç bir lama xəsarət almayıb.

Heyvanlar sirkə aparılıb və hazırda təhlükəsizdirlər.

Mənbə: Haberler.com