Sloveniyanın ədliyyə naziri istefa veribbackend

Sloveniyanın ədliyyə naziri Dominika Şvarts istefa verib.

Bu barədə Sloveniya Mətbuat Agentliyi məlumat yayıb.

Qeyd edək ki, Dominika Şvarts bu yaxınlarda Lyublyananın şərqində məhkəmə binalarının satın alınması ilə bağlı iddiaların mərkəzində olub.

O, sonuncu görüşü zamanı Baş nazir Robert Qoloba istefası barədə ərizəni təqdim edib.

Mənbə: TASS