Stiven Spilberqin Bayden kampaniyasında iştirakı məlum olubbackend

Oskar mükafatlı rejissor Stiven Spilberq Ağ Evin hazırkı prezidenti Co Baydenin komandası ilə prezidentlik kampaniyasında işləyir. Bu barədə NBC mənbələrə istinadən məlumat yayıb.

Jurnalistlərin fikrincə, Spilberq Baydenə bu ilin avqustunda keçiriləcək Demokratik Milli Konvensiya üçün strategiyanın hazırlanmasında kömək edir. Qeyd olunur ki, rejissor artıq tədbirin təşkilatçıları ilə görüşüb.

Eyni zamanda, Spilberqin hələ Baydenin seçki kampaniyası haqqında Barak Obama üçün hazırladığı filmə bənzər bir film çəkmək planları yoxdur.

Mənbə: Haber.com