NATO-nun baş katibi Yens Stoltenberq 2023-cü ilin payızından sonra alyansa rəhbərlik etməyi planlaşdırmadığını bildirib.
Bu barədə o, Almaniyaya səfəri zamanı Almaniya kansleri Olaf Şolzla birgə mətbuat konfransı zamanı bildirib. Yayım NATO-nun saytında aparılıb.
Stoltenberqin sözlərinə görə, o, Şimali Atlantika alyansının rəhbəri postunu 2023-cü ilin payızına kimi başa vurmağı planlaşdırır, lakin bundan sonra planları yoxdur.
“Mən səlahiyyətlərimi yeniləməyi planlaşdırmıram. Mənim şəxsi planlarım payıza qədər səlahiyyətlərimi yerinə yetirməkdir”, – Stoltenberq bildirib.