Tayvan silahlı qüvvələri 24 saat ərzində Çin Xalq Qurtuluş Ordusunun (PLA) 22 təyyarəsi və 4 gəmisinin adaya yaxınlaşdığını açıqlayıb. Bu barədə Müdafiə Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.
Xəbərdə 12 təyyarənin Tayvan boğazının median xətti adlanan hissəsini keçərək hava hücumundan müdafiə qüvvələrinin tanınma zonasına daxil olduğu dəqiqləşdirilib.
Açıqlamada Tayvan ordusunun təyyarə və gəmilərdən istifadə edərək cavab verdiyi qeyd edilib. Hədəflər yerüstü zenit-raket sistemləri ilə izlənilib.
Mənbə: RİA Novosti