“Təhsildə Yeni Trendlər” Beynəlxalq Forum keçirilibbackend

Nizami Kino Mərkəzində Azərbaycan Maarifçilər Assosiasiyası və Polşanın “İnternational Science and Technology University”-nin Azərbaycandakı rəsmi nümayəndəsi olan “International Stady  Group”-un dəvəti ilə adıçəkilən Univeristetin mütəxəssisləri tərəfindən “Təhsildə Yeni Trendlər” adlı Beynəlxalq Forum keçirilib.

Forumda ölkənin müxtəlif şəhər və rayonlarından  pedaqoji heyət, ölkənin tanınmış ictimai xadimləri, media nümayəndələri, tanınmış təhsil şirkətlərinin rəhbərləri, tanınmış iş adamları  iştirak edib.

Tədbirin keçirilməsində  məqsəd təhsildə yeni trendləri müzakirə etmək, yeni dövrün təhsil tələblərini nəzərdən keçirmək və maarifçi müəllimlər üçün şəbəkələşmə görüşünü təşkil etməkdir.

Forum Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Forumu Azərbaycan Maarifçilər Assosiasiyasının rəhbəri Tofiq Sadıxov açaraq tədbirin əhəmiyyəti və forum haqqında məlumat verib. O Azərbaycan Maarifçilər Assosiasiyası və “İnternational Stady Group” ilə birgə layihəsi olan “Məktəb Səfirləri” proqramını barədə məlumat verib. Tofiq Sadıxov qeyd edib ki, innovativ və inkişaf etməyə həvəsli olan müəllimlər bu proqrama müraciət edərək iştirak edə bilər.

Daha sonra isə “İnternational Stady Group”-un nümayəndəsi Sərdar Yusifoğlu çıxış edib. O çıxışı zamanı qeyd edib ki, ölkəmizdə təhsilin inkişafı Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbərlik etdiyi dönəmdən başlamışdır.

“1983-cü ilə qədər onun rəhbərliyi ilə ölkəmizin təhsil sistemində inkişafda sıçrayış baş vermişdir. Heydər Əliyevin təkcə Azərbaycan Təhsilinin inkişafında müstəsna xidmətləri olmamışdır. O eyni zaman bütün Sovet İttifaqının təhsilinin inkişafı üçün müsbət addımlar atmışdır. Bu gün keçmiş sovet ölkərinin təhsilinin inkişaf etməsinin təməli məhs Ümumilli Lider tərəfindən qoyulmuşdu. 1991-ci ildə ölkəmiz öz müstəqliyyini bərpa etdikdən sonra təhsildə daxil olmaqla ölkənin bütün sahələrində durğunluq dönəmi yaşadı. Məhz Ulu Öndər Heydər Əliyevin xalqın təkidi və tələbi ilə ikinci dəfə hakimiyyətə gəlməsindən sonra ölkəmizin bütün sahələrində olduğu kimi təhsildə müsbət irəlləyişlərin şahidi olduq. Çünki Heydər Əliyev hər zaman öz çıxışlarında bildirmişdi ki “Təhsil Millətin gələcəyidir”. Ulu layiqli davamçısı İlham Əliyev hakimiyyətə gəldikdən sonra çıxışında bildirmişdi ki, biz maddi nemetlər kapitalını insan kapitalına çevirməliyik. Məhs bunun insanın kapitalının formalaşması üçün ilk öncə ölkənin təhsilini inkişaf etdirmək lazdım idi. Sovet sistemindən çıxmış təhsilmiz düzgün atılmış addımlarla beynəlxalq təhsil sitemlərinə inteqrasiya olundu. Məhz bu səbəbdən Azərbaycanlı gənclərin xaricdə təhsil almaları üçün 2007-2015-ci illəri əhatə edən Dövlət Proqramı qəbul edildi. Ölkəmizdə bir neçə müasir təhsil kompleksiləri istifadəyə verildi. Ən ucqar dağ kəndlərində belə məktəblər müasir, dünya standarlarına uyğun şəkildə şagird və müəllim heyətinin istifadəsinə verildi.  Ölkəmizdə ADA Univeristeti, BNAM və Xəzər Universiteti kimi dünyanın nüfuzlu universitetləri ilə ayaqlaşa bilən ali təhsil ocaqları fəaliyyətə başladı. Bir zamanı xarici universitetlərdə oxumağı prestij bilən vətəndaşlarımız hazırda dünyanın ən inkişaf etmiş ölkərinin gənclərinin məhz bizim univeristetləri seçməsinin şahidi oldu.”-deyə Sərdar Yusifoğlu öz çıxında bildirib.

Təqdimatın ardından forumun spikerləri beynəlxalq araşdırmacı və təhsil eksperti Seda Bahadır və “İnternational Science and Technology University”-nin beynəlxalq əlaqələr departamentinin rəhbəri, təhsil eksperti Bəxtiyar Nəcəfov iştirakçılara son illərdə təhsil sahəsində baş verən yeniliklər və bu yeniliklərin orta və ali təhsil sahəsinə təsirindən danışıb.

Forumun sonunda iştirakçılar “İnternational Science and Technology University” tərəfindən beynəlxalq sertifikatla təltif olunublar.

Sonda qeyd olunub ki, Azərbaycan Maarifçilər Assosiasiyası və “İnternational Stady Group” növbəti aylarda da müəllim və şagirdlər üçün bu formatlı forumlar təşkil edəcəkdir.