Tramp Baydenin immiqrasiya siyasətini insanlığa qarşı cinayət adlandırıbbackend

ABŞ-ın keçmiş prezidenti Donald Tramp hazırkı dövlət başçısı Co Baydenin yürütdüyü immiqrasiya siyasətini insanlığa və ölkəyə qarşı cinayət adlandırıb. Tramp bunu Corciya ştatında tərəfdarları qarşısında çıxışı zamanı deyib.

Keçmiş prezidentin fikrincə, Baydenin Amerika sərhəddində etdikləri insanlığa və ABŞ xalqına qarşı cinayətdir. Tramp bunun üçün Baydenin heç vaxt bağışlanmayacağını vurğulayıb.

Eyni zamanda Tramp qeyd edib ki, miqrantlarla bağlı vəziyyəti tez bir zamanda düzəldəcək, ən böyük deportasiyanı həyata keçirəcəyini vəd edəcək.

Mənbə: Haber.com