Türkiyə Xarici İşlər Nazirliyi Qəzza ilə bağlı danışıqların dalana dirəndiyini açıqlayıbbackend

Qəzza zolağında atəşkəsin mümkünlüyü ilə bağlı danışıqlar dalana dirənib, çıxış yolu hələ görünmür. Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyənin NTV telekanalına açıqlamasında deyib.

Fidan bildirib ki, mayın 15-də Amerika dövlət katibi Entoni Blinken, Qətərin baş naziri Abdel Rəhman Əl Tani və Həmas Siyasi Bürosunun lideri İsmayıl Haniyə ilə bu mövzuda telefon danışığı olub.

“Qəzzada atəşkəs məsələsində biz keçən həftə olduğumuz yerdəyik – çıxılmaz vəziyyətdəyik”, – Türkiyənin xarici işlər naziri deyib.

Mənbə: NTV