Ukrayna Almaniyadan 800-dən çox “Vektor” pilotsuz təyyarəsi almaq niyyətindədirbackend

Ukrayna hakimiyyəti Almaniyaya 800-dən çox “Vektor” kəşfiyyat pilotsuz uçuş aparatının (PUA) təhvil verilməsi üçün sorğu göndərib. Bu barədə “Der Spiegel” jurnalı bu dronları istehsal edən Almaniyanın “Quantum Systems” şirkətinin rəhbəri Florian Zaybelə istinadən yazır.

Jurnalistlərin məlumatına görə, ötən həftə sahibkar Almaniyanın vitse-kansleri Robert Habeklə birgə işgüzar səfəri çərçivəsində Ukraynaya səfər edib. Səfər zamanı Kiyev nümayəndələri alman nümayəndə heyətinə pilotsuz təyyarələr almaq istəyi barədə məlumat veriblər.

Ümumilikdə ölkə rəhbərliyi Berlindən 812 ədəd “Vektor” pilotsuz təyyarəsi almaq istəyir. Artıq Ukraynadakı vəziyyətə cavabdeh olan Almaniya Müdafiə Nazirliyinin xüsusi qərargahına müvafiq sorğu göndərilib.

Mənbə: Lenta.ru