Ukrayna Fransadan JDAM bombalarının analoqunu alacaqbackend

Fransanın müdafiə naziri Sebastien Lecornu bildirib ki, Kiyev hər ay Parisdən 50 A2SM bombası alacaq. O, bu barədə Fransa “İnter”ində açıqlama verib.

Belə raketlər Amerikanın JDAM-larının analoqudur. Bu raketlərin orta məsafəsi 70 km-dir. Mərmilər bərk yanacaqla işləyən raket mühərrikinə və buruna quraşdırılmış istiqamətləndirmə sisteminə malikdir ki, bu da bombanın məsafəsini və dəqiqliyini əhəmiyyətli dərəcədə artırır.

Bundan əvvəl Fransa raketlərinin Ukrayna sovet tipli qırıcılarına quraşdırılacağı bildirilirdi.

Mənbə: TASS